innoway
innoway
innoway
innoway
innoway
Haqqımızda

Haqqımızda daha çox öyrənin

INNOWAY  Tədris Mərkəzi - Elektronika və proqramlaşdırma üzrə ixtisaslaşmış, dünya təhsili ilə rəqabət gücünə sahib,  ölkə üzrə ən öncül və peşəkar mühəndis kadr potensialına malik, böyük maddi-texniki bazası olan, tam təchizatlı laboratoriya ilə öyrənməni daha əlçatan edən, müasir iş bazarının tələb və şərtlərinə yüksək məsuliyyətlə cavab verən tədris və mühəndislik məktəbidir.

2024 cü ildə fəaliyyətə başlamış INNOWAY Tədris Mərkəzi ölkəmizdə tədris sahəsində Elektronika və Proqramlaşdırma istiqamətlərini birləşdirən, bu sahələr arasında qarşılıqlı əlaqəyə əsaslanaraq birgə təlimlər həyata keçirən  ilk tədris mərkəzidir. INNOWAY  bu iki istiqamətin mühəndislərindən ibarət bir mühəndis cəmiyyəti yaratmağı hədəfləyir. Zahirən bir-birindən uzaq elm sahələri təsəvvürü yaratsalar da, bu sahələr bir sıra texnoloji həllər zamanı birgə tətbiq olunaraq, yeni texnologiyaların (IoT, PUA idarəetmə sistemi, sənaye cihazları və s.) işlənilməsinə, böyük miqyaslı layihələrin reallaşmasına yol açır.  

INNOWAY TM tədris sahəsində elektronika və proqramlaşdırma arasında körpü yaradaraq tələbələrə real layihələrə mühəndis həlləri verməyi aşılayır. Təlimlərimiz, fəaliyyət istiqamətlərində tamamilə peşəkarlaşmış, işinin detallarına dərindən bələd olan mütəxəssislər, ixtisasın tam dərinliklərini real layihələr üzərində tətbiq edərək mənimsəmiş və mükəmməlləşdirmiş mühəndislər, peşəsini bütün çətinliklərə rəğmən  sevgi ilə öyrətməyə hazır olan pedaqoqlar, çoxillik təcrübə sayəsində praktik vərdişlər aşılamaqla öyrətməni daha anlaşıqlı edən mentorlar, dövrümüzün tələblərinə uyğun olaraq tədrisdə innovasiyalar tətbiq edən yaradıcı kadr heyəti tərəfindən həyata keçirilir.

innoway
Kurslarımız

Bu ayda nümayiş olunan kurslar

Daha çox
innoway
Referans

Tələbələrimizin rəyləri

Müəllimlərimiz

Peşəkar komanda üzvlərimizlə tanış olun

innoway

Namiq Heydərov

Elektronika mühəndisi
innoway

Kamran Cəbiyev

Fullstack web developer
innoway

Nizami Kəlbəliyev

Software engineer (Arduino)
Daha çox
innoway