innoway
innoway
innoway

Salam, Mən Namiq Heydərov

    Namiq Heydərov bakalavr və magistr təhsilini BDU Fizika fakültəsində almış, hazırda təhsilini AR ETN İdarəetmə Sistemləri İnstitutunda Texnika elmləri üzrə dissertant kimi “PUA -ların stabilizasiya sisteminin hazırlanması ” ixtisası üzrə davam etdirir. 2014-cü ildən etibarən AMEA Radiasiya Problemləri İnstitutunda böyük laborant kimi işə başlamış, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Milli Nüvə Tədqiqatları Mərkəzində mühəndis vəzifəsində çalışmışdır. 2016-ci ildə AMEA – Rəyasət Heyətinin tərkibində yaradılmış dövlət əhəmiyyətli layihələrin hazırlanması laboratoriyasında elektronika üzrə baş mütəxəssis, 2019-cu ildə SETM MMC şirkətində direktor vəzifəsində çalışmışdır. Radiasiya qeydediciləri və onların elektronikası sahəsində 15-dən çox, pilotsuz uçuş aparatlarının (PUA) hazırlanma texnologiyası, idarəetməsi və tətbiqləri sahəsində 12-dən çox  elmi əsərlərə (məqalə və tezis) müəlliflik etmişdir.  İşlədiyi müddətdə Fizika və peşəkar elektronika tədrisi ilə məşğul olmuş, məktəbliləri ölkədaxili (Sabahın Alimləri) və beynəlxalq (Teknofest, BUCA, YİSF, StartUp-2023 və s.) mühəndislik yarışlarına hazırlamışdır. Mentorluq etdiyi layihələr beynəlxalq yarışlarda 2 qızıl, 2 gümüş medal, ölkədaxili yarışlardan 3 gümüş, 3 bürünc medal qazanılmışdır. Hazırda AR TN Radiasiya Problemləri İnstitutunun İnnovativ  Tədqiqatlar Qrupunun rəhbəri və İdarəetmə Sistemləri İnstitutunda elmi işçi vəzifəsində çalışır. INNOWAY tədris mərkəzində peşəkar elektronika mühəndisi istiqaməti üzrə təlimçidir.

 

Layihələrdə iştirakı :

  • Dövlət sifarişli hərbi layihələr: 5 ədəd
  • Qrant müsabiqələrində qalib olan layihələr: 4 ədəd
  • Akademiya və İnistitut daxili layihələr: 5 ədəd
  • Mentorluq etdiyi layihələr: 10 ədəd

 

Təltiflər: Azərbaycan Dövlət Sərhədinin qorunması üçün hazırlanan qurğuda fəaliyyətinə görə "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019) yubiley medalı" ilə təltif olunmuşdur.

 

Sertifikatlar:

Altium Designer course on PCB design software (certificate) 2017

R/T Radio communication course (certificate) 2023

Əlaqə saxla
innoway
İndi başla

Müəllimin tədris etdiyi kurslar

innoway
innoway