innoway
innoway
innoway

Salam, Mən Elvin Abdullayev

Abdullayev Elvin Çingiz oğlu 23 sentyabr 1985-ci ildə anadan olmuşdur. 2007-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakültəsini bitirmişdir.

Peşəkar fəaliyyətinə 2006-cı ildə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində proqramçı kimi başlamışdır. Burada məlumat bazalarının analizi və emalı sahəsində proqram təminatlarının hazırlanmasında iştirak etmişdir.

2008–2009-cu illərdə SINAM MMC-də proqramçı vəzifəsində çalışmış, Mərkəzi Bankın Sertifikat Xidmətləri Mərkəzinin qurulması layihəsində iştirak edərək müvafiq proqram həllərinin hazırlanmasına töhfə vermişdir.

2009–2012-ci illərdə Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlıq çərçivəsində böhran idarəetmə mərkəzi üçün portalın hazırlanması layihəsində baş proqramçı kimi fəaliyyət göstərmişdir. Bu dövrdə əsasən Oracle SQL və Visual Basic texnologiyalarından istifadə etmişdir.

2012–2016-cı illərdə Azərsun Holdinqdə baş proqramçı və komanda rəhbəri kimi çalışmış, şirkətin daxili prosedurlarının və insan resurslarının idarə olunması üçün SharePoint platforması üzərində korporativ sistemlərin hazırlanmasına rəhbərlik etmişdir.

2016-cı ildən etibarən Rabitəbank ASC-də baş proqramçı və komanda rəhbəri vəzifəsində fəaliyyətini davam etdirir. Bankın əsas (Core Banking) platformasının sıfırdan hazırlanması və inkişaf etdirilməsi prosesinə rəhbərlik etmiş, C# və ASP.NET texnologiyaları əsasında genişmiqyaslı proqram təminatlarının yaradılmasında mühüm rol oynamışdır.

Uzun illər ərzində müxtəlif dövlət və özəl sektor layihələrində qazandığı təcrübə, liderlik bacarığı və yüksək texniki bilikləri ilə Elvin Abdullayev informasiya texnologiyaları sahəsində peşəkar mütəxəssis kimi fəaliyyətini uğurla davam etdirir.

Əlaqə saxla
innoway
İndi başla

Müəllimin tədris etdiyi kurslar

innoway
innoway