2013-cü ildə Bakı Dövlət Universiteti Fizika fakültəsini bitirmişdir. Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzində sərgilərdə nümayiş etdirilən qurğuların dövrə kartlarının hazırlanması və kodlaşdırılması üzrə, Hytera-Azərbaycanda, “AZ-Tv” Telekanalının layihəsi olan “Düşən Pullar” intellektual verilişində istifadə olunan cihazların dövrə kartının hazırlanması və kodlaşdırılması, Milli Kitabxana Turniketlərin Mərkəzi Serverlə əlaqələndirilməsi üçün dövrə kartlarının hazırlanması və kodlaşdırılması üzrə mühəndis kimi fəaliyyət göstərmişdir.
GPS izləmə cihazlarında
elektronik araşdırma və layihələndirmə, “Portal
Games” oyun konsollarının və cihazların dövrə kartlarının hazırlanması və kodlaşdırılması
ilə məşğul olmuşdur. 2021- 2023 illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində təqaüd proqramında (Code and
More) elektronika üzrə təlimçilik
etmişdir. 2023 – cü ildən etibarən Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi İnnovasiya və Rəqəmsal İnkişaf
Agentliyi Nüvə Tədqiqatları Departamentində
Radiasiya miqdarının ölçülməsi üçün istifadə edilən cihazların müasir tələblərə
cavab verməsi üçün modifikasiya edilməsi istiqamətində elektronika mühəndisi kimi
çalışır. C
proqramlaşdırma dili, Arduino Proqramlaşdırma, STM32 (ARM)
proqramlaşdırma – Cube ID,
True Studio, Keil, Altium Designer (PCB Dizayn), KiCad EDA (PCB
Dizayn), Proteus və digər dövrə simulyasiya proqramları üzrə mütəxəssisdir.