innoway
innoway
innoway

Salam, Mən Nadir Babaxanov

    Nadir Babaxanov Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alır. 2017-ci ildən etibarən AMEA-nın müxtəlif institutlarında və dövlət layihələrində fəaliyyət göstərmiş, seysmoloji sensorlardan gələn məlumatların əsasən 3D modelin qurulması, Lora modulların üzərində xəbərləşmə protokolların və cihazların yaradılması, PUA-nın hazırlanması, proqramlaşdırılması və sınaq uçuşlarının aparılması sahəsində çoxsaylı işlər icra etmişdir. PUA-lara proqram təminatının yenidən yazılması və korpusun bərpası, qaz analizatorlarının PUA-ların proqram təminatına inteqrasiya edilməsi üzrə layihələr həyata keçirmişdir. 2018-ci ildə “İlk ödənişli yol” layihəsində yolun mühəndis hesablanmasında və 2D rəsm işlərində iştirak etmişdir. 2021-ci ildə hazırladığı “Göz-N1” PUA ilə müsabiqədə birinci yerə layiq görülmüşdür. 2023-cü ildə “Sapmaz Havacılık” şirkəti ilə birgə keçirilən layihədə pilot sertifikatı əldə etmiş və “RX/TX Telsizle Haberleşme Kursu” və Beynəlxalq Avrasiya Mətbuat Fondu və Birləşmiş Millətlər Təşkilatı arasında keçirilmiş layihə çərçivəsində Tərtər rayonunda operator və PUA pilot kursunu  uğurla tamamlamışdır. “Aerostar Alliance” şirkətindən  və “RB Group of Companies” şirkətindən PUA operator sertifikatı, “Google” şirkətindən Android Developer “Kotlin” proqramlaşdırma dilindən sertifikat qazanmışdır. 2024-cü ildən “iTechno Academy” tədris mərkəzində PUA pilot və operator kursunu, “iTechno Academy” tədris mərkəzində ərazilərin 2D və 3D çəkilişi, şəkillərin birləşməsi və emalı kursunu (Multispektral və RGB çəkilişi) tədris edir. “RB Group of Companies” şirkətində və Qarabağ ərazisində PUA vasitəsilə mina təmizləmə layihəsində baş mühəndis kimi fəaliyyət göstərməkdədir.

Əlaqə saxla
innoway
İndi başla

Müəllimin tədris etdiyi kurslar

innoway
innoway