Bizimlə Əlaqə
Məlumatlar

Əgər sualınız varsa, bizimlə əlaqə saxlaya bilərsiniz.

Ünvan
Ən son suallar

Tez-tez verilən Suallar &
Cavablar burada

Ünvan haradır?

Nizami 141, Çin səfirliyinin yanı, INNOWAY EDUCATİON CENTER, 28 May metrosundan (piyada) təxminən 7 dəqiqəlik məsafə.

Təlim prosesinin müddəti haqqında məlumatı necə öyrənə bilərəm ?

Təlim müddəti ümumilikdə aid olduğu sahəyə uyğun olaraq 3 ay, 5 ay, 7 ay davam edə bilir. Məsələn, elektronika təlimi 5 ay müddətində olmaqla həftədə 3 dəfə 3 (akademik) saat keçirilir

Kurslara qeydiyyata endirim nəzərdə tutulurmu?

Tam kurs ödənişi əvvəlcədən birdəfəlik ödənildikdə bütün məbləğə 10% endirim, Kurs ödəmişinin yarısı əvvəlcədən birdəfəlik ödənildikdə bütün məbləğə 5% endirim tətbiq olunur.

İngilis dilində tədris həyata keçirilirmi ?

Arduino Kids, Dron və Mobile Proqramlaşma üzrə ingilis dilində tədris nəzərdə tutulub, digər profillərdə isə gələcəkdə ingilis dilində tədris reallaşacaqdır.

Arduino və Elektronika Kids tədrisi üçün yaş həddi neçədir?

Arduino və Elektronika Kids dərsləri 10-16 yaşlı uşaqlar üçün nəzərdə tutulub.

Kursu bitirən tələbələrə sertifikat verirsinizmi?

Bəli. Kursu bitirən tələbələrə sertifikat verilir.

Sizinlə birgə real layihələrinizdə iştirak etmək, əməkdaşlıq etmək mümkündürmü?

Real layihələrdə əməkdaşlıq bizim üçün prioritet məsələdir. Tədris Mərkəzini uğurla bitirən tələbələr üçün ayrıca xüsusi əməkdaşlıq təklifləri olacaqdır.

Dərslər hansı saatlarda başlayır?

Dərslər səhər, günorta və axşam olmaqla 3 növbəli tədris olunur: 1-ci seans 10:00 - 13:00 2-ci seans 14:00 - 17:00 3-cü seans 19:00 - 22:00

Sabahın alimləri müsabiqəsi üçün məktəblilərlə real layihələr işləyirsinizmi?

Bəli, “Sabahın alimləri” müsabiqəsi üçün məktəblilərin öz iştirakı ilə real layihələr hazırlayır və bütün layihədə şagirdin iştirakını təmin edirik. Tədris prosesi əsasən nəzəri və praktiki olaraq iki istiqamətdə paralel olaraq aparılır. Proqramın sonunda müraciət edən şagirdlərə sabahinalimleri.edu.az saytından qeydiyyatdan keçməyə, saytda tələb olunan faylları doldurmağa, layihənin tərtib planının yazılmasına və s prorsseslərlə bağlı əməkdaşlarımız tərəfindən dəstək göstərilir.

innoway