Cavid Şəmiyev Azərbaycan Dövlət Neft
və Sənaye Universitetinin “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi”
ixtisası üzrə təhsil almış, “Elektronika və Avtomatika” ixtisası üzrə
magistratura pilləsində təhsilini davam etdirmişdir. 2022-ci ildə “Sumaks Technologies
MMC”-də təcrübəçi elektronika mühəndisi olaraq işə başlamışdır Elektronika ilə
bağlı ilk tədris bacarıqlarını həmin ildə “RoboCore” tədris mərkəzində müəllim işləyərək qazanmışdır. Daha sonra
2022-2023-cü illərdə “Code&More” təqaüd mərkəzində məktəbli elektronikası təlimlərində
təlimçi kimi fəaliyyət göstərmişdir. 2023-cü ildə “Azercosmos” şirkətinə təcrübəçi
elektronika mühəndisi olaraq qəbul olmuş və burda “Elektrik və Elektronika” qrupunda
çalışmışdır. SteamtroniX - STEAM layihəsində elektronika mühəndisi kimi, CanSat
2023 peyk yarışmasında – texniki heyət kimi, Young Climate Champions 2 – İDEA və
Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilən yarışmada
elektronika mühəndisi və mentor kimi, StartUp
layihəsində - aparat və proqram təminatı üzrə elektronika mühəndisi kimi, digər STEAM layihələrində - elektronika və
robototexnika mühəndisi kimi fəaliyyət göstərmişdir. Təhsil aldığı
universitetin Elektronika və Avtomatika kafedrasında bakalavrlar üçün bir kurs müddətində
ödənişsiz “Təməl Elektronika” təlimini həyata keçirmişdir. 2023-cü ildən etibarən
MakerSpace-də elektronika üzrə həm təlimçi, həm də mühəndis olaraq
çalışmaqdadır.