

2004-cü ildə C. Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş, 2007-ci ildə isə H. Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunmuşdur. 2011-ci ildə təhsilini bitirərək hərbi xidmətə başlamış və 14 il ərzində hərbi sahədə çalışaraq yüksək nailiyyətlər əldə etmişdir.
2024-cü ildə özünü elektronika sahəsində sınamaq qərarına gəlmiş və İnnoway Tədris Mərkəzinin Elektronika qrupuna qoşulmuşdur. Qısa müddət ərzində qrupun ən uğurlu tələbələrindən birinə çevrilmişdir. Kurs müddətində paralel olaraq kombi və digər məişət avadanlıqlarının təmiri ilə də məşğul olmuşdur. Bu sahədə uğur qazanan Səxavət müəllim qısa müddətdə çox sayda fərqli markalı kombini təmir etmişdir.
Əzmkarlığı və savadı sayəsində tez bir zamanda tanınmış ustalardan birinə çevrilmiş və İnnoway Tədris Mərkəzi tərəfindən müəllim kimi fəaliyyət göstərməyə dəvət olunmuşdur. Hal-hazırda İnnoway Tədris Mərkəzində Elektronika qrupunda mentor, həmçinin Kombi təmiri təlimində müəllim kimi çalışır. Bununla yanaşı, məişət avadanlıqlarının təmiri üzrə fəaliyyət göstərən servis mərkəzinin rəhbəridir.
Əlaqə saxla
