innoway

Kombi təmiri təlimi

  • Ümumi baxış
  • Təlim proqramı
  • Müəllimlər

Kombi təmiri təlimi – istilik sistemləri, xüsusilə də kombi cihazlarının düzgün işləməsi, texniki xidmətinin göstərilməsi və təmirinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş peşəkar təlim proqramıdır. Bu təlim həm yeni başlayanlar, həm də artıq bu sahədə çalışan ustalar üçün nəzərdə tutulur. Bu təlim, istilik və məişət texnikası sahəsində peşəkar karyera qurmaq istəyən hər kəs üçün dəyərli bir addımdır

Nəzəri Biliklər – Əsas Texniki Prinsiplər

Bu bölmə kombi ilə işləyən hər bir mütəxəssisin bilməli olduğu fundamental bilikləri əhatə edir.

1. Maye və qazların əsas xassələri

2. Temperatur anlayışı və ölçülməsi

3. Təzyiq anlayışı və ölçülməsi

4. Maye və qazlarda temperatur və təzyiq arasında asılılıq

5. İstilik enerjisi və istilik ötürülməsi prinsipləri

6. Su nasoslarının iş prinsipi

7. İstilik radiatorları və istilik mübadiləsi

8. Elektrik cərəyanı, gərginlik, müqavimət və güc anlayışları

9. Ohm qanunu və sadə hesablama misalları

10. Elektrik qoruma vasitələri:

             o Sigortalar

             o Avtomatlar

             o RCD və digər qoruma cihazları

11. Sensorların işləmə prinsipləri

             o NTC (temperatur sensoru)

             o Təzyiq sensoru

             o Axın sensoru və digər sensor növləri

12. Elektron idarəetmə bloklarının funksiyası (PCB board)


Kombi üzrə Texniki Nəzəriyyə

 Bu bölmədə tələbələr kombi sistemlərinin quruluşu və iş prinsiplərini öyrənəcək.

1. Kombi nədir və iş prinsipi

2. Təhlükəsizlik qaydaları və qaz sistemində təhlükəsizlik standartları

3. Kombinin əsas hissələri və onların iş prinsipləri

              o Qaz bloku

              o İsitmə dövrəsi

              o Elektron kart

              o Dövriyyə nasosu

              o Təzyiq sensorları

              o Ventilyator və digər hissələr


Diaqnoz və Nasazlıq Axtarışı

Bu mərhələdə kombidə yaranan problemlərin aşkarlanması və ilkin diaqnoz üsulları öyrədilir.

1. Kombiyə ilkin baxışın keçirilməsi (diaqnoz qoymaq)

2. Kombidə baş verən xətalar və aradan qaldırılma yolları

              o Səhv kodlarının oxunması və təhlili

              o Tez-tez rast gəlinən nasazlıqlar

              o Əsas səbəb analizi və həlli yolları


Praktiki Təmir və Servis İşləri

  Bu hissədə tələbələr real avadanlıq üzərində işləyərək praktiki bacarıqlar qazanır.

1. Təmirə lazım olan alətlərlə tanışlıq və düzgün istifadə

2. Praktiki təmir və texniki biliklərin tətbiqi

              o Hissələrin dəyişdirilməsi

              o Sensorların yoxlanması

              o Elektron kartın sazlanması

3. Kombinin təmizlənməsi və profilaktik xidmət

              o Filtrlərin təmizlənməsi və dəyişdirilməsi

              o İsitmə sisteminin yuyulması

              o Profilaktik texniki baxış planı


Hesablama və Quraşdırma İşləri

  Son mərhələdə tələbələr quraşdırma və güc hesablamalarını öyrənirlər.

1. Kombinin və radiatorların gücünün hesablanması

              o Kombi seçimi üçün düzgün güc hesablama üsulları

              o Radiator ölçülərinin düzgün təyini

2. Evə kombi sisteminin çəkilməsi üsulları

              o Layihələndirmə

              o Boru çəkilişi və montaj üsulları

              o Sızma və təhlükəsizlik testləri


Yekun Təcrübə və Qiymətləndirmə

Kursun sonunda tələbələr nəzəri və praktiki biliklərini nümayiş etdirəcəklər.
1. Tam praktiki təmir imtahanı
2. Real kombi sistemində tam yoxlama və sazlama işləri
3. Yekun qiymətləndirmə və sertifikatlaşdırma

innoway

Səxavət Qocayev

Elektronika mühəndisi

Detallar

  • Müddət:32 saat
  • Dərs sayı:16
  • Dil:Azərbaycan
Müraciət et

Digər kurslarımız

innoway