

Şəmkir Zəkəriyəyev bakalavr və magistr təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə almışdır.
2019-cu ildən etibarən peşəkar fəaliyyətə başlayaraq 2025-ci ilə qədər AS Avtomatika MMC şirkətində çalışmış, bu müddət ərzində taxıl anbarlarının, beton və yem zavodlarının avtomatlaşdırılması layihələrində iştirak etmişdir. PLC və SCADA sistemlərinin qurulması, sənaye proseslərinin avtomatlaşdırılması və real istehsalat mühitində tətbiqi üzrə geniş təcrübəyə malikdir.
2021–2024-cü illərdə Code & More tədris mərkəzində avtomatika mühəndisliyi üzrə təlimlər keçmişdir. 2024-cü ildən etibarən Milli Aviasiya Akademiyasında müəllim kimi fəaliyyət göstərir.
2025-ci ildən isə müdafiə sənayesi sahəsində SCADA üzrə mühəndis-layihəçi kimi fəaliyyətini davam etdirir.
Hazırda INNOWAY Tədris Mərkəzində avtomatika mühəndisliyi istiqaməti üzrə təlimçi kimi fəaliyyət göstərir və tələbələrə real layihələrə əsaslanan, praktik yönümlü tədris təqdim edir.
Əlaqə saxla
