Nizam Qəhrəmanov Bakı Dövlət Universiteti Fiziki elektronika ixtisası üzrə təhsil almışdır. 2013-ci ildə GPS izləmə xidməti təklif edən “A+A Security” şirkətində Servis mühəndisi olaraq işə başlamış, 2019-cu ildən 2022-ci ilə qədər proqramçı vəzifəsində çalışmışdır. Son 2 il ərzində E-mobile və FynDynamix şirkətlərində “Flutter proqramçı” olaraq fəaliyyət göstərmişdir. Su sayğaclarının idarə edilməsi sistemi, GPS avadanlıqları ilə bağlı əməliyyatları idarə etmə sisteminin qurulması, şirkət daxili ödənişlərin izlənməsi sisteminin yazılması, GPS izləmə sisteminin API-dan istifadə edərək müştəri istəyinə əsasən hesabatların yazılması üzrə layihələr icra etmişdir. “SEYR” adlı tətbiqin hazırlanması və hər iki platformada (həm Google Play həm də Apple Store) yayınlanmasını həyata keçirmişdir. 2021- ci ildən etibarən “Iticket” şirkətində “Formula1 Azərbaycan” layihəsinə uzaqdan dəstək xidməti göstərir, E-mobile şirkətində “Flutter proqramçı” olaraq uzaqdan işləməyə davam edir.
Əlaqə saxla