Scratch proqramlaşdırma kursu uşaqların və yeni başlayanların proqramlaşdırma dünyasına sadə, əyləncəli və vizual şəkildə daxil olmasını təmin edən müasir tədris proqramıdır. Bu kursun əsas məqsədi iştirakçılara alqoritmik düşüncə, məntiqi analiz və yaradıcılıq bacarıqlarını inkişaf etdirməkdir.
Tədris prosesi zamanı iştirakçılar yalnız nəzəri biliklər əldə etmir, eyni zamanda real layihələr üzərində işləyərək öyrəndiklərini praktikada tətbiq etmə imkanı qazanırlar. Vizual blok əsaslı yanaşma sayəsində mürəkkəb proqramlaşdırma anlayışları asan və başa düşülən formada təqdim olunur. Bu da xüsusilə uşaqlar üçün öyrənmə prosesini daha maraqlı və motivasiyaedici edir.
Kurs müddətində tələbələr öz oyunlarını, animasiyalarını və interaktiv layihələrini hazırlayaraq həm texniki biliklərini, həm də kreativ düşüncələrini inkişaf etdirirlər. Bundan əlavə, problem həll etmə bacarığı, səbəb-nəticə əlaqəsini qurma və sistemli düşünmə kimi vacib qabiliyyətlər də formalaşır.
Bu kurs gələcəkdə proqramlaşdırma, robototexnika və digər texnologiya sahələrinə maraq göstərmək istəyənlər üçün möhkəm bir başlanğıc rolunu oynayır.
Dərs
1:
- Scratch interfeys
- Sprite və Stage
- Green Flag
Praktika: Pişiyi hərəkət etdirmək
Dərs 2:
- Motion blokları
- Koordinatlar
Praktika: Sprite müxtəlif yerlərə getsin
Dərs
3:
- Looks blokları
Praktika: Sprite danışsın
Dərs 4:
- Sound blokları
Praktika: Klikdə səs
Dərs
5:
- Events
Praktika: Space ilə hərəkət
Dərs 6:
- Loops (repeat, forever)
Praktika: Davamlı hərəkət
Dərs
7:
- If / If-Else
Praktika: Divardan qayıtma
Dərs 8:
- Variables
Praktika: Score sistemi
Dərs
9:
- Operators
Praktika: Random hərəkət
Dərs 10:
- Broadcast
Praktika: Oyun start sistemi
Dərs
11:
- Collision
Praktika: Toxunanda yox olma
Dərs 12:
- Clone
Praktika: Düşən obyektlər
Dərs
13:
- Timer
Praktika: Vaxtlı oyun
Dərs 14:
- Level sistemi
Praktika: Sürət artır
Dərs
15:
- Coin Catch Game
Dərs 16:
- Dodge Game
Dərs 17:
- Uşaqlara izah üsulu
Dərs 18:
- Demo dərs və practice
Dərs 19:
-Dron simulyasiyası
Dərs 20:
-VR oyunları